EvXəbərlər11 milyard lirəlik maliyyə əməliyyatı...

11 milyard lirəlik maliyyə əməliyyatı…

Published on

spot_img

Türkiyədə 7 şirkətə məxsus 131 fondun ləğvi ilə nəticələnən “fond böhranı” ilə bağlı yeni milyardlarla lirəlik əməliyyat iddiası gündəmə gəlib.
BEY.AZ xəbər verir ki, son iddialardan biri müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalla bağlıdır. İddiaya görə, o, ləğv edilən fondlardan son üç ay ərzində 11 milyard lirə çıxarıb.
Jurnalist Yiğit Uzun sosial media hesabında Melis Sandalın sözügedən əməliyyatları ilə bağlı Mustafa Sandalın meneceri Tekin Önal ilə danışdığını bildirib.
Önal əməliyyatların baş verdiyini təkzib etməyib və söhbətin Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandaldan getdiyini qeyd edib. O, Mustafa Sandalla birbaşa əlaqəli hər hansı əməliyyat və ya ittihamın olmadığını vurğulayıb.

Latest articles

More like this