EvXəbərlər40-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi

40-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi

Published on

spot_img

İstanbul Beynəlxalq Hava Limanına uçuş həyata keçirən 40-dan çox təyyarə əlverişsiz hava şəraiti səbəbindən digər hava limanlarına yönləndirilib.
BEY.AZ xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi 16 reysin Ankaraya, 10 reysin İzmirə, 8 reysin isə şəhərin Asiya hissəsində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava Limanına yönləndirildiyini açıqlayıb.
Qeyd edək ki, oktyabrın 14-də İstanbulda güclü yağış və külək ciddi fəsadlara səbəb olub. Şəhərdə evlərin su altında qalması ilə bağlı 1 277 hadisə və 15 torpaq sürüşməsi qeydə alınıb, tıxacların səviyyəsi 89 faizə yüksəlib. Fatih rayonunda su basmış ərazidə elektrik cərəyanının vurması nəticəsində 14 yaşlı yeniyetmə həyatını itirib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar oktyabrın 15-də İstanbulda sarı xəbərdarlıq elan edilib. Güclü yağışların davam edəcəyi gözlənildiyindən sakinlərə zərurət olmadıqca evdən çıxmamaq tövsiyə olunub. Həmçinin şəhərdəki məktəblərdə əyani dərslər dayandırılıb.

Latest articles

More like this