Bu gün Bakıda “Dəhlizlər arasında körpü: Bağlantılar və infrastruktur” mövzusunda Azərbaycan–Avropa Birliyi Biznes Forumu 2026 keçirilir.
BEY.AZ xəbər verir ki, tədbirdə Azərbaycan və AB arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı, investisiya imkanları və Orta Dəhlizin perspektivləri müzakirə olunur.
Forum çərçivəsində “Azərbaycan üzrə AB Biznes Mühiti Hesabatı 2025/2026”, həmçinin ölkədə ticarət sektorunun inkişafına dair tədqiqat hesabatının təqdimatı nəzərdə tutulub.
Tədbirdə beynəlxalq maliyyə institutlarının, dövlət qurumlarının və biznes sektorunun nümayəndələri iştirak edirlər.
