fbpx

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ötən ay 32 % artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin avqust ayında Azərbaycanda 33 720 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Metbuat.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur.

Aylıq göstəricinin 7 730-u ilkin, 25 990-ı isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 5 043-ü fərdi yaşayış və bağ evi, 9 285-i mənzil, 18 409-u torpaq sahəsi, 304-ü qeyri-yaşayış binası, 606-sı qeyri-yaşayış sahəsi, 64-ü əmlak kompleksi, 9-u çoxmərtəbəli yaşayış binası olub. Əmlakların 27,6 %-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşüb.

Ölkə başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin avqust ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,5 dəfə artaraq 3 121 təşkil edib.

Ötən ay ərzində 26 623 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,4 % artım deməkdir. 2022-ci ilin avqust ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,5 % artaraq 5 928 olub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin