fbpx

Maştağa qəsəbəsinin yollarında təmir işləri aparılır

BEY.AZ informasiya agentliyi xəbər verir


Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində uzunluğu 1100 metr olan Xanlar yaşayış massivi 1-ci keçid üzrə aparılan təmir işləri davam etdirilir.

Metbuat.az-a Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Hazırda küçəyə 12 sm olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan öncə aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.

Ardıcıllığa uyğun şəkildə təmir işləri qəsəbə üzrə Mirəli Mirəliyev küçəsində də aparılacaq.

Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Qeyd edək ki, cari il ərzində Sabunçu rayonu üzrə 12.7 km uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.

Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin