Şiddətli döyüş: Qırğızıstan helikopterləri qaldırdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Atəşkəs razılaşmasına baxmayaraq, yerli vaxtla saat 15:00-dan etibarən Qırğızıstan Tacikistanda evlərə və mülki obyektlərə hücum etmək üçün hərbi helikopterlərdən və pilotsuz uçan aparatlarından istifadə edir.
Metbuat.az xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
“Hüquq-mühafizə orqanlarının rəhbərlərinin görüşünə və atəşkəs elan edilməsinə baxmayaraq, saat yarım sonra Qırğızıstan tərəfi Babacan, Qafurov, Vorux və Çorkux istiqamətində qrup silahlarından və hərbi texnikadan atəş açmağa başlayıb”, – deyə komitə bildirib.
Bundan əlavə, Qırğızıstanın Botken vilayətinin mərkəzindən sərhədyanı rayonlara əlavə qüvvə və texnika göndərdiyi də deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.