Bağırsağın vəziyyətini yaxşılaşdırmağa kömək edən qida məhsulları
BEY.AZ informasiya agentliyi xəbər verir
Orqanizmin sağlamlığı bağırsağın sağlamlığına bağlıdır. İmmunitetimiz də məhz orada formalaşır. Üstəlik, bağırsaqda problem varsa, bioloji əlavələr qismində nə qədər vitamin və mineral qəbul etsəniz də, onlar yenə də həll olunmayacaq. Bəs bağırsağın sağlam olması üçün nə qəbul etməliyik?
Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-infeksionist Svetlana İşşenkonun sözlərinə görə, bağırsaq mikroflorası üçün ən faydalı qidalardan biri duzlu kələmdir. “O faydalı lif və bifidobakteriyalarla zəngindir. Gündə ondan bir çimdik yemək kifayət edir. Bu, kolorektal xərçəngin ən yaxşı profilaktikasıdır”, – deyə ekspert bildirib.
Qida rasionuna qoz-fındıq daxil olunmalıdır. Vaxtaşırı deyil, daimi əsasla. Qoz-fındığın müxtəlif növünün olması məsləhət görülür. Ən əlçatan növündən, misal üçün qozdan başlamaq olar. Qozda orqanizm üçün çoxlu sayda faydalı maddələr var. Həddindən artıq qəbul etmək lazım deyil, gündə bir ovuc kifayət edir.
Qoz-fındığa quru meyvələri əlavə etmək məsləhət görülür. Onlardan ən faydalısı qara gavalıdır. Quru meyvələr orqanizmi lif və nadir bifidobakteriyalarla təmin edəcək. Mədə-bağırsaq traktının işini yaxşılaşdırmaq üçün gündə 2 dənə yetər.
Qatıq bağırsağınızın mikroflorasını yaxşılaşdıracaq ağartı məhsuludur.
Əlbəttə ki, tərəvəzlər də çox faydalıdır. Payızda mövsümi tərəvəzlər: kələm, kök, çuğundur, kahı əlçatan və faydalıdır. Tərəvəzlər sizin gündəlik qida rasionunuza mütləq daxil olmalıdır.
Bağırsağın tam fəaliyyəti üçün D, С, kalsium, omeqa-3 vitamin və mineral çatışmazlığını vaxtında aradan qaldırırıq. Bu nutriyentlər selikli qişanı bərpa etməyə və dəstəkləməyə kömək edəcək, bu da öz növbəsində həzm proseslərinə səmərəli təsir edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.