fbpx

“Elçin qızıllarını tualetdəki sifonun içində gizlədirdi” – Əməkdar artist

“Axşam mənə rəhmətlik Novruz Qartal zəng vurub dedi ki, Elçindən xəbər varmı? Səhər Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasının premyerası idi. Elçin isə orada Yaiçnitsa obrazı canlandırırdı. Dedim ki, o “Space” televiziyasındadır. Sonra Hacıbaba Bağırovun həyat yoldaşı Arzu zəng vurdu. Söylədi ki, Elçindən bir xəbər yoxdur. Ona zəng vurduq, amma cavab vermədi. Əlimdəki yeməyi stolun üstünə qoyub, getdim Elçinin evinə. Qapısında əvvəlcə Tahir İmanova sonra isə oğlum Ayaza zəng vurdum. Qapıda göz yaşı axıtdım”.

Bey.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu “O üz” verilişində deyib.

Sənətkar yaxın dostu və həmkarı mərhum Əməkdar artist Elçin Həmidovla bağlı xatirələrini bölüşüb.

K.Əliyeva bildirib ki, zinət əşyalarını sevən E.Həmidov qızıllarını tualetdəki sifonun içində gizlədirmiş.

“On beş dəqiqədən sonra Elçinin yaşadığı ünvana onu sevənlər gəldi. Fövqaladə Hallah Nazirliyinin əməkdaşı gəlib, qapını açdılar. Amma mən qapını sındırmağa icazə vermədim. Elçinlə bir zarafatımız vardı. Qapısını açarla bağladıqdan sonra Elçin o qədər qapını yoxlayırdı ki, hər dəfə qulpu qırılırdı. Zəng edib deyirdi ki, Kübra, yenə qapının qulpunu qırdım. Bir yerdə gedib qulpu alıb, onu dəyişirdik. Qapı satırdılar. Həmin qapı barmaq izi ilə açılırdı. Oğlum Ayaz dedi ki, bu qapı yaxşıdır, bunu özün üçün al. O qədər qapından nigaransan, barmağının izi ilə aç-bağla və heç nədən də narahat olma. Elçinin qızılları çox idi və buna görə də narahat idi.

Deyirdi ki, onsuz da evdə öləcəyəm. Siz dəlisiniz, mən bu qapını necə alım. Məni bir də pəncərədən çıxardıb, gətirməlisiniz qapıya ki, barmaq izimlə qapını aça biləsiniz. Çox çətin olar. Lazım deyil. Mən isə dedim ki, yox Elçin, biz səni çıxartmayacağıq. Sən ölsən, barmağını kəsib, qapını açıb, qızıllarını götürəcəyik. Elçin hamıya söyləyirdi ki, o qızıllarını tualetdəki, sifonunda içində gizlədir. Onun tez-tez halı pisləşirdi. Özündən gedirdi. Teatrda bütün aktyorlar başına yığılırdı. Onu müalicə elətdirirdik”, – deyə Kübra Əliyeva vurğulayıb.

Aktrisa mərhum həmkarının qardaşının özünə dənizə ataraq, intihar etdiyini açıqlayıb: “Elçin 11 yaşında anasını itirib. Onun bir qardaşı vardı. O özünü dənizə ataraq intihar etmişdi. Biz onu psixiatr Ağabek Sultanovun yanına apardıq. Elçinlə dərdimiz, sirrimiz bir idi. Elçin heç kimdən dərdini gizlətməzdi, kompleksiz insan idi. Elçin deyirdi ki, evdə ruhlar gəzir. Atam, anam, bacım gəlir. Sanki onların ruhları evdə bir araya gəlir”.

Qeyd edək ki, Elçin Həmidov 2011-ci ildə şəxsi mənzilində ölü vəziyyətdə tapılıb. O, 52 yaşında ürəktutmasından vəfat edib. Aktyor martın beşində Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu