Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində aparılan abadlıq işləri davam etdirilir.
BEY.AZ xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb.
Bakı Abadlıq Xidməti 2020-ci ildən Əmircanda genişmiqyaslı abadlıq, yenidənqurma işləri həyata keçirir. Bunlardan ən mühümü Bülbülə gölü ətrafında salınan bulvar layihəsidir.
Gölün ətrafında ilkin mərhələdə bir kilometr uzunluğunda bulvarın salınması nəzərdə tutulub ki, onun da bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Daha ətraflı “Xəzər TV-nin videomaterialında:
