EvXəbərlərSiyəzəndə minik avtomobili aşdı: yaralılar var

Siyəzəndə minik avtomobili aşdı: yaralılar var

Published on

spot_img

Sentyabrın 26-sı saat 23:10 radələrində Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
BEY.AZ xəbər verir ki, “Opel” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində beton maneəyə çırpılıb və yolun kənarına aşıb.
Hadisə nəticəsində biri uşaq olmaqla, ümumilikdə iki nəfər xəsarət alıb. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Latest articles

More like this