fbpx
Xəbərlər

“Aİ-nin Ermənistandakı monitorinq missiyası Laçın dəhlizinə daxil olmayıb”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Aİ-nin Mülki Missiyası öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və Laçın dəhlizinə daxil olmayıb”.

Metbuat.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında yazıb.

O bildirib ki, Aİ-nin Mülki Missiyasına məxsus patrulun Laçın dəhlizinə gedən yolu müşahidə etməsi ilə bağlı video yayılıb.

“Patrul həmin vaxt Azərbaycan-Ermənistan sərhədindən təxminən 1,2 km aralıda nəzarət-buraxılış məntəqəsində idi. Missiya öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və Laçın dəhlizinə daxil olmayıb”, – deyə Klaar qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Aİnin #Ermənistandakı #monitorinq #missiyası #Laçın #dəhlizinə #daxil #olmayıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu