fbpx

Azərbaycanda film kimi hadisə Məhkumlar adam qaçırıb 10 min manat istədilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Yanvarın 5-də Astara rayon Polis Şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəşi açmaqda şübhəli bilinən rayon sakinləri R.Məlikov və əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıblar. R.Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

A.Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Vəliyevin, A.Əliyevin və Y.Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun idarə etdiyi “BMW” avtomobildə sonuncunun evinə aparmalarını, orada onu döyərək 10000 manat pul gətirməsini tələb etmələrini və pulu gətirməsi üçün saat 2 radələrində onu buraxmalarını bildirib.

Keçirilən tədbirlərlə A.Vəliyev, A.Əliyev, Y.Kərimov və R.Bağırov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Astara RPŞ tərəfindən araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #film #kimi #hadisə #Məhkumlar #adam #qaçırıb #min #manat #istədilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu