fbpx

Bu ərazilərə qar yağacaq – Hava proqnozu AÇIQLANDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda fevralın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ərazilərə #qar #yağacaq #Hava #proqnozu #AÇIQLANDI

Bir Cevap Yazın

Başa dön tuşu