fbpx

Bu il 13 mindən çox şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə cari ilin 8 ayında 13 804 şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesab açılıb.

Metbuat.az-a Nazirliyin mətbuat xidməindən verilən xəbərə görə, iki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir.

İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik olaraq SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində elektron fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir. Fərdi şəxsi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamasına imkan yaradılır.

Xidmət fəaliyyətə başlayandan 473000 sosial sığorta nömrəsi (SSN) verilməklə elektron fərdi şəxsi hesabın açılması təmin edilmişdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu