fbpx

Dərini Günəş şüalarından qoruyan vasitələr

BEY.AZ informasiya agentliyi xəbər verir

Havalar qızdıqca Günəş şüalarının dəriyə təsiri də artır. Günəş vannaları və ya qaralma adlanan proses ultrabənövşəyi şüaların təsiri nəticəsində dəri rənginin tündləşməsi və dərinin alt qatında melonin piqmentinin toplanmasıdır. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün günəş şüası məsləhət görülür. Ancaq bu zaman da diqqət yetirilməli məqamlar var.

Metbuat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a danışan həkim-dermatoloq Sevinc Məmmədova deyib ki, Günəş şüalarının təsiri dəri tipindən asılıdır: “Ağ dəri tipləri Günəşin təsirinə daha tez məruz qalır və ona görə həmin dəri tipinə malik olanlar daha az gün işığı altında olmalıdırlar. Dərisi nazik olanlarda epidermis qatında günəş yanıqları özünü daha dərindən göstərir. Dərisi qalın olanlarda isə Günəş ləkələri qalmır”.

İnsan dərisi dörd tipə ayrılır. Ölkəmizdə əhalinin əksəriyyəti ikinci və üçüncü dəri tipinə sahibdirlər və bu da daha həssas olan dəri tipi sayılır, çünki günəş altında çox olarkən yanma ilə nəticələnir: “Günəşdən yaranan ləkələrdən qorunmaq üçün dəri tipinə uyğun olaraq SPF kremlər çəkilməlidir. Bununla yanaşı, nəmləndiricilərdən də istifadə olunmalıdır ki, dəridə quruluq və qabıqlanma yaranmasın”.

Nəzərə almaq lazımdır ki, Günəşdən qoruyucu vəsaitlərin ömrü maksimum 2 saatdır. Dərinin rəngini və su balansını qorumaq üçün daha çox maye qəbul etmək və günəşə qarşı yağlardan istifadə etmək lazımdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu