fbpx
Xəbərlər

Doktoranturaya sənəd qəbulu başladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün portal.edu.az vasitəsilə ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari və növbəti addımları izləyə bilərlər.

Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, müraciətlərin elektron formada qəbulu prosesin daha çevik, rahat və keyfiyyətli təşkilinə şərait yaradacaq. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər.

Bununla yanaşı, qeydiyyatın portal üzərindən aparılması gələcəkdə yeni inteqrasiya olunmuş xidmətlərin təqdim olunmasına və təhsil pilləsinin elektronlaşdırılmasına şərait yaratmış olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu