fbpx

Fransada prezident seçkisi: Makron, yoxsa Le Pen?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Fransada aprelin 10-da və 24-də iki mərhələli prezident seçkiləri keçiriləcək.

Metbuat.az xəbər verir ki, prezident kürsüsü uğrunda əsas rəqiblər Emmanuel Makron və Marine Le Pen ilə bərabər 12 namizəd yarışacaq. Bunların 6-sı ifrat sağcılardır.

Bu barədə açıqlama verən siyasi şərhçi Elman Vəliyev bildirdi ki, namizədlər üstünlük əldə etmək üçün islamofobiya kartından istifadə edirlər.

“Le Pen islamın əleyhinə çıxışlar edərək ictimai yerlərdə hicabın qadağan edəcəyini vəd edir. Fransa islamofobiyanın əsas mərkəzlərindən sayılır və namizədlər səs çoxluğu qazanmaq üçün bu kartdan məharətlə istifadə etməyə çalışırlar. Digər bir yandan Fransada ermənilərin say çoxluğu və lobbiçilik fəaliyyətləri də namizədlərə avantaj yaradır. Anti-islam, anti-türk fikirlər səsləndirməklə özlərinə rəğbət qazanmağa səy göstərirlər. Makronun islam peyğəmbərinin karikaturasını çəkdirməsi də bu səpkidəndir.

Milli Birlik partiyasının sədri olan Le Pen anti-NATO və anti-Amerika tərəfdarıdır. Le Pen prezident seçilərsə, Fransanı NATO’dan çıxardacağını deyir. Həmçinin Le Pen Putinpərəst biridir. Lakin hal-hazırkı vəziyyətdə Le Penin bu baxışı ona çox da fayda gətirə bilməz”.

Elman Vəliyev bildirdi ki, Makronun da axır zamanlarda xüsusilə, pandemiyanın ən ağır zamanlarında imici çox aşağı düşmüşdü. Hətta, bəzisi Makrona yumurta atmış, bəzisi də şillə vurmuşdu. Siyasi şərhçi onu da qeyd etdi ki, Makronun hakimiyyəti dövründə bir neçə dəfə etiraz aksiyaları həyata keçirtmişdilər. Lakin bunlara baxmayaraq xarici güclərə Makron sərf edir.

Bəs hazırki Fransa prezidentinin rəqibi Le Pen ilə bağlı ABŞ-ın mövqeyi necədir? Ekspert şərh etdi ki, Amerika ona rəqib olan Le Peni dəstəkləməyəcək.

“Ümumiyyətlə Fransa qarışıq seçki sisteminə malikdir. Yəni həm proporsional, həm də majoritar seçki sistemi burada özünü biruzə verir. Ayın 10-da namizədlər mütləq səs çoxluğunu(50+1) toplaya bilməsələr, ən çox səs toplayan iki namizəd növbəti tura, yəni ayın 24-nə baş tutacaq tura keçid edəcəklər. Ehtimala görə ikinci tura Makronla, Le Pen çıxacaq. Makron düzgün təbliğat aparsa, bəlkə yenə qalıb gələ bilər. Ancaq Le Pen bu dəfə də maraq cəlb edən təbliğat aparır. Hələlik respondentlərin fikirlərinə əsasən Makron 1-ci yerdədir”, – deyə Elman Vəliyev fikirlərini yekunlaşdırıb.

Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu