fbpx

Şavkat Mirziyoyev qızını özünə köməkçi təyin etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyeva Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Səidə Mirziyoyeva ötən ilin noyabrından Özbəkistan Prezidenti Administrasiyasının informasiya siyasəti sektorunun müdiri vəzifəsində çalışır.

Səidə Mirziyoyeva 1984-cü ildə Fərqanə vilayətinin Kokand şəhərində anadan olub. Dünya İqtisadiyyatı və Diplomatiya Universitetini, Daşkənd Dövlət Hüquq Universitetinin və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin magistraturasını bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Səidə Mirziyoyeva bir neçə il müxtəlif sahələrdə, o cümlədən 2019-2020-ci illərdə Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktor müavini vəzifəsində çalışıb. 2020-ci ildən KİV-ə Dəstək və İnkişaf Milli Fondunun Himayəçilik Şurasının sədr müavinidir.

2022-ci ilin noyabr ayından Səidə Mirziyoyeva Prezident Administrasiyasının kommunikasiya və informasiya siyasəti sektoruna rəhbərlik edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şavkat #Mirziyoyev #qızını #özünə #köməkçi #təyin #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu