fbpx

“SpaceX” “Starlink” 22 peykini orbitə çıxardı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital bürcünü artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 103-cü, bu ilin əvvəlindən isə 34-cü buraxılışıdır.

“SpaceX” artıq bu peyklərdən 4,9 mindən çoxunu orbitə çıxarıb. Onlardan bəziləri uğursuz olub. Orbitdə, təxminən, “SpaceX” ə məxsus 4,6 min cihaz işlək vəziyyətdə qalır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#SpaceX #Starlink #peykini #orbitə #çıxardı

Bir Cevap Yazın

Başa dön tuşu