fbpx

Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Metbuat.az xəbər verir ki, 35 yaşlı qrossmeyster II turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.

İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov 0,5 xalla 3-6 -cı yerləri bölüşdürür.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu