fbpx

Ürəyi cavan və sağlam saxlayan əriyin faydaları

BEY.AZ informasiya agentliyi xəbər verir

Ərik ürək üçün ən faydalı meyvələrdən biri sayılır. Bunun bir çox səbəbləri var. Belə ki, kalium sayəsində ərik ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır, orqanizmdən artıq mayeni xaric etməyə yardım edir və bununla da ürəyə düşən gərginliyi azaldır.

Həmçinin pektin və liflərlə zəngin olan ərik orqanizmdən artıq xolesterini çıxardır ki, bu da xolesterinin damarlarda yığılmasının qarşısını alır. Damarlarda yığılmış xolesterin onların mənfəzini daraldır, damarlar yüklənir, onların partlaması riksi artır.

Mütəxəssislər ürək xəstəlikləri olanlara müntəzəm olaraq ərik yeməyi tövsiyə edirlər. Yayda təzə ərik, soyuq fəsillərdə ərik qurusu ürəyin ən yaxşı təbii dərmanıdır.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, ürəkdən əlavə ərik bir çox digər orqan və sistemlərin sağlamlığına da müsbət təsir edir.

Qəbizlikdən əziyyət çəkənlər mütləq ərik yeməlidir. Liflər, pektin və kalium sayəsində ərik bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi müalicə edir.

Həmçinin ərik orqanizmi ziyanlı maddələrdən – toksin, şlak, ağır metalların duzları və s. təmizləyir və bununla da qaraciyərin fəaliyyətini asanlaşdırır.

Ərik karotinoidlər maddələri ilə zəngindir. Karotinoidlər orqanizmdə ən güclü antioksidant olan A vitamininə çevrilir. A vitaminini “cavanlıq vitamini” adlandırırlar. Bu vitamin dərini cavan və sağlam edir, dərinin qocalmasını ləngidir. Həmçinin A vitamini xərçəng əleyhinə təsirə malikdir.

Ərik qanazlığından əziyyət çəkənlər üçün də çox faydalıdır. Dəmir və mislə zəngin olan ərik qanın tərkibini yaxşılaşdırır.

Yaşlı insanlar mütləq ərik yeməlidir. A vitamini ilə zəngin olduğundan bu meyvə yaşla bağlı olan görmə problemlərinin riskini azaldır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu