Meyxanaçılar arasında məclislərdən birində dava düşüb.
BEY.AZ xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, meyxanaçılar arasında sözlü mübahisə yaranıb.
Bu zaman meyxanaçı Balaəli Xosrov Maştağalıya (Kərimov) butulka atıb. Ətrafdakılar müdaxilə edərək meyxanaçıları sakitləşdirməyə çalışıblar. Həmin görüntülər Tiktokda yayılıb.
Balaəli meyxanaçıya butulka atdı – VİDEO
Avropanı bürüyən anomal istilərin ağır nəticəsi: 35 min ölüm
2026-cı ilin yayında Avropada anomal isti hava ilə əlaqədar təxminən 35 min insan ölümü qeydə alınıb.
BEY.AZ xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, isti dalğaları qocalar evləri və xəstəxanalarda təhlükəli temperatur artımına səbəb olub.
“İsti dalğaları zamanı orta statistik göstəricidən əlavə 35 min ölüm qeydə alınıb. Qocalar evləri və xəstəxanalar təhlükəli şəkildə qızıb. Bütün bunlar bizi gələcəkdə nələrin gözlədiyinin yalnız xəbərçisidir”, – fon der Lyayen bildirib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Avropa dünya üzrə orta göstəricidən iki dəfə sürətlə istiləşir. Bu isə regionu iqlim dəyişikliklərinə qarşı daha həssas edir.
2026-cı ilin yayında Avropanın bir sıra ölkələrində rekord temperaturlar qeydə alınıb, Yunanıstan və İspaniyada genişmiqyaslı meşə yanğınları baş verib. Ümumdünya Meteorologiya Təşkilatı isə sentyabr ayında 2026-cı ilin müşahidələr tarixində ən isti il ola biləcəyi barədə xəbərdarlıq edib.
Müəllif: Adəm
Qərbi Azərbaycan İcması bəyanat yaydı
Ermənistanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici diplomatların son səfəri ətrafında əsassız hay-küy kampaniyası səngimək bilmir. İki ölkə arasında sülh və normallaşma prosesini zədələyən bu cür reaksiya erməni cəmiyyətinin bədnam “miatsum” siyasətindən tam şəkildə imtina etmək, Azərbaycanın suverenliyini qəbul etmək və dinc qonşuluq şəraitində yaşamaq məsələsində hələ də ciddi tərəddüdlərinin olduğunu göstərir. Ermənistan hakimiyyətinin irəli sürdüyü “Real Ermənistan” konsepsiyası faktiki olaraq, ciddi böhran keçirir.
BEY.AZ xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda öz əksini tapıb.
Bəyanatda qeyd olunub ki, son günlər bir daha erməni cəmiyyətində saxta tarix, saxta qədimlik, milli müstəsnalıq üzərində qurulan yanaşmaların yenidən önə çıxmasını müşahidə edirik. Böyük tarixə, zəngin mədəni irsə malik Azərbaycan xalqının tarixinin, mədəniyyətinin inkar edilməsi kökündən yanlış və təhlükəli siyasətdir. Sentyabrın 15-də bir sıra xarici ölkələrdən olan din xadimlərini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı dünya mədəniyyətinə Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Füzuli kimi dahi şəxsiyyətlər və mütəfəkkirlər bəxş edib.
Məhz bu kimi zəhərli ideologiya, yanaşmalar Ermənistanı, xüsusilə son 30 il ərzində, “miatsum” siyasətinə sürükləmiş, Qərbi azərbaycanlıların Ermənistandan deportasiyasına, Azərbaycan ərazilərinin işğalına, məqsədli şəkildə mədəni irsin, o cümlədən məscidlərin dağıdılmasına zəmin yaradıb. Bu siyasətin Ermənistan dövləti və erməni xalqı üçün hansı nəticələrə gətirib çıxarması hər kəsə aydındır.
Bəyanatda Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə son qoymağa, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə qəbul etməyə, habelə mütəmadi olaraq Azərbaycanda haqlı narazılıq yaradan təxribatçı əməllərdən çəkinməyə çağırıb.
La Liqanın prezidenti “Qızıl top”un favoritini açıqladı
La Liqanın prezidenti Xavyer Tebas hesab edir ki, “Barselona”nın yarımmüdafiəçisi Rodri 2026-cı ildə “Qızıl top”u qazanmalıdır.
BEY.AZ xəbər verir ki, AS Tebasdan sitat gətirib:
“Bunu “Barselona”dan soruşmaq lazımdır. Hər kəsin öz fikri var. Mənimki Rodridir”.
Tebas həmçinin özünü Messi, Ronaldo və Maradona ilə müqayisə edən “Barselona”nın hücumçusu Lamin Yamalın dediklərinə də münasibət bildirib.
“Hər kəs ən yaxşı hesab etdiyi şeyi edir. Lamin necə oynadığını bilir. O, ən yaxşı oyunçu olduğunu deyə bilər. Amma düşünürəm ki, bu, Rodri olacaq”, – Tebas əlavə edib.
“Qızıl top”un mükafatlandırma mərasimi 26 oktyabr 2026-cı ildə Londonda keçiriləcək.
BEY.AZ
Türk iş adamının təyyarəsinin qalıqları tapıldı
Kolumbiyada türkiyəli iş adamı Mehmet Çankayanın istifadə etdiyi “Cessna T206” tipli təyyarənin qalıqları 3 günlük axtarış-xilasetmə işlərindən sonra tapılıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Bildirilib ki, “HK4985” qeydiyyat nömrəli təyyarədə Çankaya ilə yanaşı, 4 Kolumbiya vətəndaşı da olub. Təyyarə sentyabrın 13-də radio əlaqəsinin kəsilməsindən sonra itib.
Qalıqlar 2750 metr yüksəklikdə yerləşən, relyefi olduqca çətin olan Pueblo Riko bölgəsində aşkarlanıb. Təyyarənin dağın yamacına çırpıldığı və hissələrinin geniş əraziyə səpələndiyi bildirilib.
Qəzada olan şəxslərin vəziyyəti barədə hələlik məlumat verilməyib.
Müəllif: Roza
Səudiyyə Ərəbistanı Avropaya neft tədarükünü dayandırdı
Səudiyyə Ərəbistanı sentyabrın sonuna planlaşdırılan xam neft tədarükünün bir hissəsini Avropa ölkələrinə göndərməkdən imtina edib.
BEY.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunur ki, dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı növbəti hücum səbəbindən Qırmızı dənizin sahilində yerləşən Yanbu limanına aparan “Şərq-Qərb” neft kəməri ilə tədarükü dayandırmağa məcbur olub. Bundan əlavə, Qırmızı dənizdə husilərin hücumları və Hörmüz boğazından keçən gəmiçilikdə davam edən fasilələr neft ixracını çətinləşdirir.
Bununla əlaqədar Polşa kimi iri idxalçılar Səudiyyə Ərəbistanından tədarükə alternativləri təcili şəkildə axtarmağa başlayıblar.
Sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Şərq–Qərb” neft kəmərinin təmirinin üç-beş həftə davam edə biləcəyi bildirilmişdi.
Sentyabrın 11-də məlum olub ki, bir neçə pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanında Mədinə və Ər-Riyad şəhərləri yaxınlığında “Şərq–Qərb” neft kəmərinə hücum edib. PUA-lar İraq ərazisindən buraxılıb. Bundan sonra neftin kəmərlə nəqli dayandırılıb.
Hüseyn İbadlı
ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
ABŞ administrasiyası İsrailə təxminən 2,8 milyard dollar dəyərində ağır hava bombalarının satışı ilə bağlı müqavilə hazırlayır.
BEY.AZ xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, mümkün sövdələşmə çərçivəsində 20 min ədəd MK-84 və BLU-117 bombası, həmçinin 20 min ədəd BLU-109 nüfuzedici bombasının İsrailə satılması nəzərdə tutulur.
Nəşr bildirir ki, satışın ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə mexanizmi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin yanvarında ABŞ Prezidenti Donald Tramp İsrailə 2 min funtluq bombaların tədarükünə əvvəlki administrasiya tərəfindən qoyulan məhdudiyyəti aradan qaldırıb.
Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nd
“Mehmed Fetihler Sultanı” serialının yeni tizerində azərbaycanlı reper Payam Türkün “Mənəm Türk” mahnısı yer alıb.
BEY.AZ xəbər xəbər verir ki, bəstə Rüzgar Aksoyun canlandırdığı “Uzun Həsən” obrszının yer aldığı kadrlarda istifadə olunub.
Qeyd edək ki, serialın baş rolunu Serkan Çayoğlu canlandırır.
İsrail hərçiləri bu ölkədə iranlı jurnalisti qaçırdılar
İsrail hərbçiləri Fələstində iranlı jurnalist Nakka Həmidi oğurlayıblar.
BEY.AZ xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
“İsrail hərbçiləri “Press TV”nin müxbiri Nakka Həmidi İordan çayının qərb sahilində Beytləhm yaxınlığındakı hərbi keçid məntəqəsində oğurlayıblar”, – bəyanatda bildirilir.
Qeyd olunub ki, İsrail Müdafiə Ordusunun (İDF) hərbçiləri Həmidi və çəkiliş qrupunu saxlayaraq axtarışdan keçiriblər. Daha sonra operatorları sərbəst buraxıblar, lakin jurnalisti azad etməyiblər.
Hüseyn İbadlı
Konqres Trampın impiçmentini tələb edən qətnaməni rədd etdi
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni dəstəkləməyib.
BEY.AZ xəbər verir ki, sənədin müzakirəsinin dayandırılmasının lehinə Nümayəndələr Palatasının 232 üzvü səs verib. Konqresin aşağı palatasının 147 üzvü isə bunun əleyhinə çıxış edib.
Qətnamə layihəsini Texas ştatından olan demokrat konqresmen El Qrin hazırlayıb. O, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) və ABŞ Sərhəd və Gömrük Mühafizəsi Xidmətinin (USCBP) fəaliyyəti ilə əlaqədar prezidenti səlahiyyətlərini aşmaqda ittiham edir.
Avqustun 9-da “Reuters” yazıb ki, demokratlar Nümayəndələr Palatasına seçkilərdə qalib gələcəkləri təqdirdə Ağ Evin rəhbəri Donald Trampa qarşı genişmiqyaslı araşdırmalar aparmaq planı hazırlayırlar.
Agentliyin məlumatına görə, Demokratlar Partiyası çağırış vərəqələrindən, sənədlərin tələb edilməsindən, habelə açıq dinləmələrdən istifadə etməklə araşdırmalar aparmağı planlaşdırır. Trampın prezidentliyi dövründə ABŞ administrasiyasının qəbul etdiyi qərarlar, hazırkı ABŞ liderinin maliyyə əlaqələri, iri şirkətlər və Ağ Evlə əməkdaşlıq edən podratçılar diqqət mərkəzində ola bilərlər.
Hüseyn İbadlı
Qış üçün ən zövqlü ayaqqabılar
“Vogue” redaktorları qış mövsümünün ən dəbli ayaqqabılarının adlarını açıqlayıblar.
BEY.AZ xəbər verir ki, bu barədə rəsmi saytda yazılıb.
Ekspertlər trendlər arasında qəhvəyi çalarlarda zamşa çəkmələri, ayağı kip şəkildə örtən botilyonları, yaxud corab-botilyonları və büzməli çəkmələri qeyd ediblər. Bayker çəkmələri, müxtəlif tokalı çəkmələr, jokey çəkmələri və kovboy çəkmələri də populyar olacaq.
Redaktorlar 1990-cı illərdən dəbə qayıdan modellər arasında platformalı ayaqqabıları xüsusi qeyd ediblər.
Hüseyn İbadlı
Dolların qlobal çöküşü başladı – İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?
ABŞ dollarının dünya ehtiyat aktivlərindəki payı əsasən Rusiya və Çinin ehtiyatlarındakı həcminin azalması səbəbindən kiçilir.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Nümayəndələr Palatasının maliyyə komitəsindəki dinləmələrdə bildirib.
“Müşahidə etdiyimiz yeganə hal ehtiyat aktivlərinin azalmasıdır və bu, əsasən Rusiya ilə Çinin ehtiyat ehtiyatlarındakı həcmlərin aşağı düşməsi səbəbindən baş verir”, – deyə o qeyd edib.
Bununla yanaşı, Bessent vurğulayıb ki, Amerika valyutası beynəlxalq hesablaşmalarda hökmran mövqeyini qoruyub saxlayır. Nazirin sözlərinə görə, 2026-cı ildə qlobal əməliyyatlarda dolların payı artıb.
Avqust ayında “The Economist” nəşri yazmışdı ki, Afrika ölkələri yerli valyutaların və Çin yuanının xeyrinə ABŞ dollarından imtina etməyə başlayıblar. Jurnalın məlumatına görə, Zambiya qitədə payızdan etibarən faydalı qazıntıların çıxarılmasından vergiləri və royaltiləri yuanla qəbul edən ilk ölkə olub. Bu qərar onunla Zambiya misinin ən böyük alıcısı və ölkənin əsas kreditoru olan Çin arasındakı əməliyyatları sadələşdirir.
Hüseyn İbadlı
Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirdi
Beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin silahlı qüvvələri bir neçə cəbhədə husilərin mövqelərinə hücumları gücləndirib.
BEY.AZ xəbər verir ki, EFE agentliyinin məlumatına görə, Marib və Taiz əyalətlərində husilərin nəzarətində olan ərazilər atəşə tutulub. Həmçinin Mocha və Dubab şəhərləri yaxınlığındakı təchizat yolları hədəfə alınıb.
Yəmən ordusu ölkənin qərb sahili boyunca da zərbələri davam etdirir.
Qeyd olunur ki, ötən həftə husilər hökumət qüvvələrinə qarşı hücuma keçərək Qırmızı dəniz sahilində və Bab əl-Məndəb boğazına bitişik ərazilərdə mövqelərini genişləndiriblər.
“Politico”nun məlumatına görə, Səudiyyə Ərəbistanı husilərə qarşı mübarizədə ABŞ-dən yardım istəyib.
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.
BEY.AZ xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial media hesabında yazıb.
“Strateji tərəfdaşlıq çərçivəsində dinamik inkişaf edən Azərbaycan–BƏƏ ikitərəfli münasibətlərini nəzərdən keçirdik, həmçinin regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardıq.
Regional orta güclər kimi Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verərək müsbət və konstruktiv rol oynayırlar”, – deyə o əlavə edib.
During my visit to the United Arab Emirates, I met with H.E. Saeed bin Mubarak Al Hajeri, Minister of State.We reviewed the dynamically developing Azerbaijan–UAE bilateral relations within the framework of our strategic partnership and had a productive exchange of views on… pic.twitter.com/ZbwPuZHfRy
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 15, 2026
https://platform.twitter.com/widgets.js