Ev Blog

“Oynadığım obraz karmama çevrilib” – Əməkdar artist başına gələnlərdən danışdı

0

“Gerçəkdə obraz aktyoru dəyişir. Hansısa obraz üzərində işləyəndə bizi dəyişir. Ömrümüzün 2, 3 ayını onun üzərində çalışırıq”.
BEY.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Münəvvər Əliyeva “Mədəni şou”da danışıb. Aktrisa oynadığı obrazların həyatına və xarakterinə təsir etməsindən danışıb
“Obrazı yaradarkən onun keçmişini, haradan gəldiyini, hara getdiyini bilməlisən. Bütün bunları o qədər mənimsəyirsən ki, istər-istəməz özünü həmin obraza yaxın hiss edirsən. Bəzən elə rollar olur ki, illər sonra baxırsan, sanki həmin obrazı real həyatda yaşayırsan. Bu, mənim də başıma gəlib. Ona görə düşünürəm ki, obraz aktyoru dəyişir. Obraz bəzən karmamıza çevrilə bilər. Başıma gəlib” deyə, aktrisa vurğulayıb.

Sənətçi əlavə edib ki, aktyorların faciə və dram obrazlarını oynayarkən emosional təsirlərə məruz qalması qaçılmazdır./Axşam.az

Daşkəsəndə milli kino seansı keçirildi

0

2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə “AzerGold” QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil olunub.
BEY.AZ xəbər verir ki, tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” tammetrajlı bədii filmi nümayiş etdirilib. Kino həvəskarlarının böyük marağına səbəb olan nümayiş iştirakçılara Azərbaycan kinosunun ən müasir və uğurlu nümunələrindən birini izləmək imkanı yaradıb.
Tarixi bioqrafik dram janrında çəkilmiş “Tağıyev: Neft” filminin baş prodüseri Arzu Əliyeva, rejissoru Zaur Qasımlıdır. Ekran əsəri böyük xeyriyyəçi və görkəmli sahibkar Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunmuş dördhissəli layihənin ilk filmidir. Filmdə Tağıyevin neft sənayesindəki fəaliyyəti, sahibkarlıq yolu və milli inkişaf naminə gördüyü işlər bədii şəkildə təqdim olunur.
Qeyd edək ki, “Tağıyev: Neft” tammetrajlı bədii filmi Azərbaycanın 98-ci “Oskar” mükafatları üçün “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyası üzrə rəsmi namizədi kimi irəli sürülüb.

Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzinin ərazisində xüsusi olaraq quraşdırılmış açıq hava kinoteatrında filmi 600 nəfərdən çox tamaşaçı izləyib. Nümayiş tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Milli kino irsinin təbliği, Azərbaycan kinosunun uğurlarının regionlarda daha geniş auditoriyaya çatdırılması məqsədi daşıyan bu cür təşəbbüslər “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi regionda mədəni həyatın zənginləşdirilməsinə, milli-mənəvi dəyərlərin və kino sənətinin təbliğinə mühüm töhfə verir. Eyni zamanda, belə layihələr ölkənin müxtəlif bölgələrində yaşayan insanların müasir Azərbaycan kinosu ilə yaxından tanış olmasına, mədəni tədbirlərdə fəal iştirakına və ictimai həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.

Tovuzda ağır qəza oldu

0

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
BEY.AZ xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.
“Vaz-2107” markalı avtomobil ehtiyatsızlıqdan qarşıda gedən ZİL markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində “Vaz-2107” avtomobilinin sürücüsü Sübhan Məmmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bu ərazilərdə işıq olmayacaq

0

Bu ərazilərdə işıq olmayacaq

Moskva İrəvanı balıqla “vurmuşdu”, Ermənistan yeni idxalçı tapdı

0

Ermənistan Gürcüstana balıq məhsullarının ixracına başlamaq üçün Tbilisi ilə danışıqları başa çatdırıb.
BEY.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Nəşr Ermənistanın Gürcüstandakı səfirliyinə istinad edib.
Səfirlik ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün Gürcüstan hökuməti ilə işləməyə davam edəcəyini bəyan edib.
Xatırladaq ki, “Rosselxoznadzor” Ermənistandan Rusiyaya idxal olunan bəzi məhsullara məhdudiyyət qoyub. Xüsusilə, may ayının sonundan etibarən Rusiyaya gül və mineral suların, eləcə də üç şirkətin məşhur konyakları da daxil olmaqla bəzi spirtli içkilərin idxalı dayandırılıb. 2 iyundan etibarən isə Ermənistandan albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzümün idxalı məhdudlaşdırılıb. Bundan başqa 3 iyundan etibarən “Rosselxoznadzor” Ermənistandan badımcan, kartof və quru meyvələrin idxalına da müvəqqəti məhdudiyyətlər elan etdi. İyunun 26-da isə məlum oldu ki, son məhdudiyyətlər siyahısına Ermənistanın balıq məhsulları da daxil edilib.

Müəllif: Tural

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

0

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
BEY.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, avqustun 3-də çimərliklərdə mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Zəngilanda Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin açılışı oldu

0

Diasporla üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Avqustun 2-də Zəngilan rayonunda Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin açılışı olub.
BEY.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ilə əlaqədar builki düşərgə “Dirçələn Şəhərlər” şüarı altında Şərqi Zəngəzurda təşkil olunub.
Açılış mərasimində Prezident İlham Əliyevin Zəngilana tarixi səfərinə və Zəngilan şəhərində Azərbaycan Bayrağını ucaltmasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Mərasim çərçivəsində indiyədək təşkil edilmiş Diaspor Gənclərinin Yay Düşərgələrinə və Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarxlar da təqdim olunub.
Xatırladaq ki, Düşərgədə dünyanın 64 ölkəsindən 120-dən çox gənc iştirak edir.

Avqustun 8-dək davam edəcək düşərgə çərçivəsində iştirakçılar Şərqi Zəngəzurun və Qarabağın tarixi-mədəni irsi ilə yaxından tanış olacaq, şəhid ailələrinin üzvləri, qəhrəman qazilər, rəsmi şəxslər və müxtəlif sahələr üzrə ekspertlərlə görüşlərə qatyılacaqlar. Həmçinin işğaldan azad edilmiş rayonlara səfərlər təşkil olunacaq. Bununla yanaşı, proqram çərçivəsində panel müzakirələri, seminarlar, dil dərsləri, intellektual oyunlar və müxtəlif təlimlər keçiriləcək.
Qeyd edək ki, Diaspor Gənclərinin ilk Yay Düşərgəsi 2018-ci ildə Şəki şəhərində keçirilib. İndiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndidə keçirilən Diaspor Gənclərinin Yay düşərgələrində dünyanın 84 ölkəsindən ümumilikdə 700-dən çox gənc iştirak edib.

Ferstappenin narazılıqları ayrılmaq üçün bəhanədir?

0

Dördqat dünya çempionu Maks Ferstappenin RB22 ilə bağlı çoxsaylı şikayətləri “Red Bull”dan mümkün yarılması ilə bağlı bəhanə ola bilər.
BEY.AZ xəbər verir ki, bu barədə “Sky Sports”un şərhçisi Devid Kroft bildirib.
“Əsl səbəb nədir? Bunun arxasında nə dayanır? Həqiqətən ciddi bir problem varmı, yoxsa Maks sadəcə mövcud vəziyyətdən məmnun olmadığı mesajını verməyə çalışır? Anladığım qədəri ilə, “Red Bull” avtomobili hər şey mükəmməl işləyərkən çox yaxşıdır. Lakin daşa dəymə və ya ön qanadla kiçik bir təmas kimi ən kiçik bir sapma belə baş verərsə, bu, tarazlığı pozmaq üçün kifayətdir. Və tarazlıq pozulduqdan sonra avtomobili idarə etmək inanılmaz dərəcədə çətinləşir. O, daim kənarda olur. Hər şey yaxşı olanda çox, çox sürətli olur. Amma bir şey səhv getsə, hər şey çox, çox pis olur.

Maksın yarış boyu radioda etdiyi şikayətlərin sayı məni başqa səbəblərin olduğunu düşünməyə vadar edir. Dəqiq nə? Kim bilir. Maks və onun nümayəndələri onun “Red Bull”dan “Maklaren”ə keçməsi üçün birlikdə zəmin hazırlayırlar? Bu baş verə bilərmi? Biz bu barədə daim danışırıq, amma hələlik cavabı bilmirik”, – Kroft “The F1 Show” podkastında bildirib.

Putin onları qəhrəman adlandırıb ağızdolusu təriflədi

0

Rusiya Prezidenti Vladimir Putin desantçıları Hava-Desant Qüvvələri Günü münasibətilə təbrik edib.
Publika. az xəbər verir ki, Rusiya dövlət başçısının bununla bağlı müraciəti Kremlin saytında dərc edilib. O, desant qüvvələrinin xüsusi hərbi əməliyyat (SVO)( Rusiyanın Ukraynada başlatdığı müharibəyə verdiyi ad-red.) zamanı göstərdikləri qətiyyətli və bacarıqlı fəaliyyətlərini yüksək qiymətləndirib.
“Bu gün döyüş yoldaşları ilə çiyin-çiyinə dayanıb xüsusi hərbi əməliyyat zamanı Rusiyanı müdafiə edən, cəbhənin ən vacib nöqtələrində qəhrəmanlıq və cəsarət nümayiş etdirən desantçıların bacarıqlı və qətiyyətli fəaliyyətlərini xüsusilə təqdir etmək istərdim”, – deyə Putin vurğulayıb.
Prezident əmin olduğunu bildirib ki, Rusiya desantçıları onlara həvalə olunmuş tapşırıqları ləyaqətlə yerinə yetirməyə və ölkənin müdafiə qabiliyyətinin, suverenliyinin, milli təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr verəcəklər.

Müəllif: Tural

Bu ərəb ölkəsi İnfantinonu dəstəklədi

0

Bu ərəb ölkəsi İnfantinonu dəstəklədi

Yaponiyada ölənlərin sayı 38-ə çatdı

0

Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında iyulun 28-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb, azı 139 yaralı var.
BEY.AZ “Associated Press”ə istinadla xəbər verir ki, təxminən 69 min ev təsərrüfatında su kəsintiləri davam edir. Ən azı 9200 insan fəlakət baş verdikdən sonra köçürüldükləri təxliyə mərkəzlərində qalır.
Qeyd edək ki, ölkədə 7,1 bal gücündə qeydə alınan zəlzələ son illərin ən güclü yeraltı təkanlarından biri olub. Xilasetmə və təcili yardım xidmətlərindən əlavə, Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4600 üzvü zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində iştirak edir.

Zelenski ABŞ və Avropanı tənqid etdi

0

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa və ABŞ-ni Kiyevə “Patriot” zenit-raket kompleksləri üçün raketlər vermədiklərinə görə tənqid edib.
BEY.AZ xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yayımlanan videomüraciətində danışıb.
“Antiballistik raketlər anbarlarda saxlanılmaq üçün deyil, insanları qorumaq üçündür”, – deyə Zelenski bildirib. Onun sözlərinə görə, müttəfiqlər Kiyevin hansı sursatlara ehtiyac duyduğunu bilirlər, lakin onların tədarükü üçün “siyasi qərar tələb olunur”.
Bundan əvvəl Zelenski bildirmişdi ki, Rusiya qoşunlarının həyata keçirdiyi kütləvi hücum zamanı Kiyevin hava hücumundan müdafiə qüvvələri yalnız bir raketi zərərsizləşdirə bilib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri “Patriot” sistemləri üçün raket çatışmazlığı ilə üzləşir.

Hüseyn İbadlı

“Bala hatun” yeni serialda

0

Türkiyəli aktrisa Özge Törerin yeni layihəsi bəlli olub.
BEY.AZ xəbər verir ki, aktrisa “Karakuyu” serialında rol alacaq. Onun hansı obrazı canlandıracağı hələlik bəlli deyil.
Qeyd edək ki, Özge son olaraq “Kuruluş Osman”da “Bala hatun” obrazına həyat verəcək. (Axşam.az)

İran ABŞ-ın üç “F-35” qırıcı təyyarəsini məhv etdi

0

İran İordaniyada daha üç ABŞ-yə məxsus “F-35” qırıcısını məhv edib.
BEY.AZ xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunda bildirilib ki, bir gün əvvəl səhər saatlarında İslam Respublikasının Hərbi Hava və Kosmik Qüvvələri İordaniyadakı Əl-Əzraq ABŞ hərbi bazasında “F-35” qırıcılarının təmir anqarına və dayanacaq sahəsinə bir neçə ballistik raketlə zərbə endirib. Nəticədə üç belə qırıcı məhv edilib, daha üçü isə zədələnib.
İyulun 30-na keçən gecə İran hərbçiləri ABŞ-nin hücumlarına cavab olaraq Əl-Əzraq bazasına ballistik raket zərbələri endirmişdilər. Həmin hücum nəticəsində də analoji ziyan vurulmuşdu. Bir neçə amerikalı hərbçi, eləcə də texniki və xidmət heyətinin əməkdaşları ölümcül xəsarətlər almışdılar.

Bu fonda məlum olub ki, ABŞ Tehranla danışıqlarda irəliləyişin olmaması şəraitində İrana qarşı hərbi kampaniyanın yeni mərhələsinə hazırlaşır. Zərbələr artıq bu həftəsonu başlaya bilər. ABŞ mediasının məlumatına görə, ölkə prezidentinin administrasiyası hədəflərin siyahısının genişləndirilməsi və İranın enerji infrastrukturuna zərbələrin endirilməsi imkanını nəzərdən keçirir. İsrailin də yeni zərbələrə qoşula biləcəyi bildirilir.

Hüseyn İbadlı

Trampdan 2028 MESAJI – Növbəti planını elan etdi

0

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində növbəti prezident seçkilərində iştirakına işarə edən paylaşım edib.
BEY.AZ xəbər verir ki, yayımlanan fotoda siyasətçi MAGA hərəkatının tərəfdarlarının fonunda təsvir olunub. Fotonun aşağı hissəsində isə “Tramp 2028. Amerikanı yenidən möhtəşəm edək” sözləri yazılıb.
ABŞ-ın hazırkı Prezidenti ABŞ Konstitusiyasına edilən 22-ci düzəlişlə müəyyən edilmiş qadağaya baxmayaraq, üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirdiyini dəfələrlə bəyan edib. O, bu barədə sonuncu dəfə avqustun 1-də danışıb. Tramp hesab edir ki, növbəti ABŞ prezidenti “dahi” kimi görünəcək, çünki ölkədə yeni zavodlar açılacaq, iş yerləri yaradılacaq, ölkə bərpa olunacaq və bütün bunlar onun xidmətləri kimi qiymətləndiriləcək. Məhz buna görə də hazırkı prezident vəzifəsində qalmaq istədiyini bildirib. Trampın bu niyyətində nə dərəcədə ciddi olduğu və əsas qanunda nəzərdə tutulan məhdudiyyəti keçə bilib-bilməyəcəyi ilə bağlı məsələlər sual olaraq qalır

Hüseyn İbadlı

15 yaşlı qız içki məclisində rəfiqələrini bıçaqladı

0

Rusiyanın Sterlitamak şəhərində polis əməkdaşları iki yaşıdına bıçaqla hücum etməkdə şübhəli bilinən 15 yaşlı məktəblini saxlayıblar.
BEY.AZ xəbər verir ki, hadisə yeniyetmələrin böyüklərin nəzarəti olmadan şəhərdəki mənzillərdən birində spirtli içki qəbul etdikləri zaman baş verib.
Regional Daxili İşlər Nazirliyinin məlumatına görə, üç məktəbli qız arasında qəfil münaqişə yaranıb. Mübahisə zamanı onlardan biri mətbəx bıçağını götürərək hər iki rəfiqəsinə xəsarət yetirib. Hadisə yerinə dərhal çevik polis qrupu cəlb olunub. Hücumda şübhəli bilinən yeniyetmə saxlanılıb, yaralanan qızlar isə xəstəxanaya yerləşdirilib.
Qurumdan bildirilib ki, hazırda müstəntiqlər hadisənin bütün təfərrüatlarını araşdırırlar. Araşdırma çərçivəsində hüquq-mühafizə orqanları qızların valideynlərinin uşaqlara nəzarət və onların təhlükəsizliyinin təmin olunması ilə bağlı vəzifələrini yerinə yetirib-yetirmədiyini də yoxlayacaq.

Yeniyetmələrin spirtli içkiyə necə çıxış əldə etməsi və niyə böyüklərin nəzarəti olmadan qalmaları da xüsusi araşdırma predmeti olacaq.

Hüseyn İbadlı