Ev Blog

Makron şagirdlərin nümayəndələri ilə görüşdü

0

Fransa prezidenti Emmanuel Makron bu gün şagirdlərin nümayəndələri və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşəcək. Görüş ölkədə etirazların yeni dalğasının başlaması ərəfəsində keçiriləcək.
BEY.AZ xəbər verir ki, “France24”ün məlumatına görə, bu, bir aydan çoxdur davam edən tələbə etirazları başlayandan bəri Makronun yuxarı sinif şagirdlərinin nümayəndələri ilə ilk görüşüdür.
Fransa prezidenti şənbə günü keçirilməsi planlaşdırılan nümayişlərə hazırlıq məqsədilə müdafiə məsələləri üzrə şuranın növbəti iclasını da keçirəcək.
Baş nazir Sebastyan Lekornü isə etirazçılar tərəfindən bələdiyyə binası yandırılan Limoj şəhərinə səfər edəcək.
Xatırladaq ki, Fransada bir aydan çoxdur davam edən kütləvi etirazlar əvvəlcə təhsil şəraitinin pis olmasına qarşı çıxan yuxarı sinif şagirdlərinin aksiyaları ilə başlayıb. Sonradan qiymət artımına və aşağı əməkhaqqına etiraz edən müxtəlif peşə sahələrinin nümayəndələri də aksiyalara qoşulublar.

Oktyabrın 24-nə əhalinin ikinci ümummilli səfərbərlik dalğası planlaşdırılıb. İğtişaş təhlükəsindən ehtiyat edən bəzi şəhərlərdə, o cümlədən Marseldə etirazlara qadağa qoyulub, ictimai nəqliyyatın fəaliyyəti isə bir günlüyə dayandırılacaq.
Müəllif: Adəm

Premium Usta Elanları
Premium Elan ver

Məhkəmə Köçəryanın oğlunu həbsdə saxladı

0

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın məhkəməyəqədərki həbs müddətini uzadıb.
BEY.AZ xəbər verir ki, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib.
“Məhkəmə Köçəryanı iki ay müddətinə həbsdə saxladı. Məhkəmə sisteminə edilən təzyiq nəzərə alınmaqla, bu məqamda başqa bir şey gözləmək çətin idi”, – deyə o, jurnalistlərə bildirib.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından mütləq apelyasiya şikayəti verəcək.

Xatırladaq ki, Sedrak Köçəryan 25 avqust 2026-cı ildə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən aparılan cinayət istintaqının bir hissəsi olaraq həbs edilib. O, 26 avqustda iki ay müddətinə həbs edilib. Köçəryan külli miqdarda çirkli pulların yuyulması, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvətxorluğa kömək etmək və təhrik etməkdə ittiham olunur.

Müəllif: Tural

Premium Usta Elanları
Premium Elan ver

Şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

0

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək.
BEY.AZ bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Premium Usta Elanları
Premium Elan ver

İrandan Yaxın Şərq ölkələrinə ultimatum

0

İran silahlı münaqişənin yenidən başlanacağı təqdirdə Yaxın Şərq ölkələrindən ABŞ-a dəstəyi dayandırmağı tələb edib.
BEY.AZ xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda-Hüseyn Maleki “RİA Novosti”yə bildirib.
“Region ölkələrinə ultimatum verilib: ABŞ-a istənilən formada dəstəkdən imtina etmək”, – deputat deyib.
O diqqətə çatdırıb ki, 40 gün davam edən hərbi əməliyyatlar zamanı Tehran Vaşinqtonun hücumlar üçün istifadə etdiyi istənilən dövlətin ərazisindəki hərbi bazalara zərbələr endirib.
Malekinin sözlərinə görə, münaqişə yenidən başlayarsa, İran hansı dövlətlərin ABŞ-a dəstək verməyə davam etdiyini müəyyən edə biləcək. Deputat xəbərdarlıq edib ki, belə ölkələr düşmən statusu alacaq və İslam Respublikası onlara qarşı hərbi bazalara hücumlarla məhdudlaşmayan qərarlar qəbul etməyə başlaya bilər.

Bundan əlavə, deputat Tehranının Vaşinqtonla danışıqlar aparmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib. Dialoqun bərpası üçün isə əsas şərt cari ilin iyununda imzalanmış İslamabad memorandumunun yerinə yetirilməsidir.
Hüseyn İbadlı

Premium Usta Elanları
Premium Elan ver

“Qiyamət günü balığı” sahilə çıxdı

0

Çili sahillərində xalq arasında “Qiyamət günü balığı” adlandırılan nəhəng siyənək kralı aşkarlanıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Uzunluğu təxminən beş metr olan nadir dəniz canlısı oktyabrın 20-də Antofaqasta əyalətinin Mexilyones şəhərinin sahilinə çıxıb.
Qeyri-adi tapıntı Cənubi Amerikada son vaxtlar müşahidə olunan seysmik aktivlik səbəbindən yerli sakinlər arasında narahatlıq yaradıb.
Oktyabr ayında Panama sahillərində, eləcə də Peru, Ekvador və Çilinin özündə güclü yeraltı təkanlar qeydə alınıb. Sosial şəbəkələrin bəzi istifadəçiləri dərinliklərdə yaşayan bu canlının üzə çıxmasının yeni zəlzələ barədə xəbərdarlıq ola biləcəyini ehtimal ediblər.

Siyənək krallarına insanlarla qarşılaşmaq olduqca nadir hallarda nəsib olur, çünki onlar vaxtlarının böyük hissəsini 900 metrdən çox dərinlikdə keçirirlər. Bəzi ölkələrdə bu balıqların okean səthinə yaxın görünməsinin dağıdıcı təbiət hadisələrindən əvvəl baş verdiyinə dair inanc mövcuddur.
Yapon geoloqu Kiyosi Vadatsumi daha əvvəl dərinliklərdə yaşayan balıqların tektonik proseslərə reaksiya verə biləcəyi ehtimalını irəli sürüb. Lakin siyənək krallarının görünməsi ilə yaxınlaşan zəlzələlər arasında əlaqəni təsdiqləyən inandırıcı elmi sübutlar yoxdur.
Hüseyn İbadlı

Premium Usta Elanları
Premium Elan ver

Avropa Liqası: “Milan” darmadağın oldu

0

Avropa Liqasında əsas mərhələnin 3-cü turunun oyunları keçirilib.
BEY.AZ xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.
“Beşiktaş” evdə “Kristal Pelas”la, “Yuventus” isə “Renn”lə məhsuldar heç-heçə edib. “Milan” səfərdə “Bornmut”a böyük hesabla uduzub. “Hoffenhaym” isə evdə Lion “Olimpik”ini (Fransa) darmadağın edib.
Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr

Ararat (Ermənistan) – Alkmaar (Niderland) 0:4
Dinamo (Zaqreb, Xorvatiya) – Neymegen (Niderland) 2:4
Ferentsvaroş (Macarıstan) – Torrense (Portuqaliya) 4:1
Yuventus (İtaliya) – Renn (Fransa) 2:2
Lex (Poznan, Polşa) – Sanderlend (İngiltərə) 1:1
OFİ (Yunanıstan) – Bayer (Leverkuzen, Almaniya) 0:2
Yunion (Belçika) – Hapoel (Beer-Şeva, İsrail) 4:0
Şturm (Qrats, Avstriya) – Olimpik (Marsel, Fransa) 1:0
Beşiktaş (Türkiyə) – Kristal Pelas (İngiltərə) 2:2
Bornmut (İngiltərə) – Milan (İtaliya) 3:0
Çelye (Sloveniya) – Zalsburq (Avstriya) 2:2
Seltik (Şotlandiya) – Selta (İspaniya) 1:2
Hoffenhaym (Almaniya) – Olimpik (Lion, Fransa) 3:0
Yagelloniya (Polşa) – Anderlext (Belçika) 0:3
Lillestrom (Norveç) – Real Sosyedad (İspaniya) 0:6
Olimpiakos (Yunanıstan) – Sparta (Praqa, Çexiya) 1:0
Omoniya (Kipr) – Benfika (Portuqaliya) 1:4
Viktoriya (Plzen, Çexiya) – Levski (Sofiya, Bolqarıstan) 1:2

Premium Usta Elanları
Premium Elan ver

Dietoloq almanın əsl faydalarını açıqladı

0

Gündə cəmi bir alma yemək həzmə, ürəyin sağlamlığına və ümumi əhvala müsbət təsir göstərə bilər.
BEY.AZ “Terra” nəşrinə istinadla xəbər verir ki, dietoloq Durval Ribas Filyo məşhur meyvənin müntəzəm istehlakı zamanı orqanizmdə hansı dəyişikliklərin baş verə biləcəyini izah edib.
Mütəxəssisin sözlərinə görə, almada bağırsaqların normal fəaliyyətinə kömək edən və toxluq hissini daha uzun müddət qoruyan liflər var. Bu xüsusiyyətinə görə alma çəkisinə nəzarət edən insanların qida rasionuna faydalı əlavə ola bilər.
Bundan əlavə, almanın tərkibindəki antioksidantlar hüceyrələri zədələnmədən qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edir. Həkim meyvənin tərkibindəki qida maddələrinin immunitet, kollagen istehsalı və toxumaların bərpası prosesləri üçün də faydalı olduğunu qeyd edib.

Dietoloq almaları təzə və ya sobada bişirilmiş halda yeməyi tövsiyə edib, çünki bu formalarda meyvə qida liflərini qoruyub saxlayır. Onun fikrincə, alma şirəsi daha az faydalıdır.

Hüseyn İbadlı

Premium Usta Elanları
Premium Elan ver

Londondan Vaşinqtona uçan təyyarə həyəcan siqnalı verdi

0

Londondan Vaşinqtona uçan “British Airways” aviaşirkətinə məxsus “Boeing 777” sərnişin təyyarəsi ABŞ paytaxtına yaxınlaşarkən həyəcan siqnalı verib.
BEY.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Nəşrin məlumatına görə, təyyarə Londonun Hitrou hava limanından “Vaşinqton Dalles Beynəlxalq Hava Limanına uçub Təyyarənin ekipajı göyərtədə ümumi fövqəladə vəziyyət və ya insident olduğunu bildirən 7700 nömrəli fövqəladə siqnal kodunu ötürüb.
Siqnal verilən zaman təyyarə Vaşinqtondan şimal-qərbdə, Merilend və Virciniya ştatlarının sərhədi yaxınlığında, iki kilometrdən bir qədər az yüksəklikdə olub.

Hüseyn İbadlı

Premium Usta Elanları
Premium Elan ver

Payız və qış aylarında vəziyyət daha da gərginləşəcək

0

Avropa İttifaqında etiraz aksiyaları ilə bağlı vəziyyət gərginləşəcək. Payız və qış aylarında Avropa bloku yeni iğtişaş dalğaları ilə üzləşə bilər.
BEY.AZ xəbər verir ki, “Politico” nəşri belə bir ssenarinin mümkünlüyünü proqnozlaşdırıb.
“Vəziyyət daha da pisləşəcək, çünki qışda elektrik enerjisinin qiymətlərinin artacağı və bunun ailə büdcələrinə ağır yük olacağı ehtimalı yüksəkdir”, – nəşrdə bildirilir.
Qeyd olunub ki, etirazların baş verdiyi bütün ölkələrdə yaxın aylarda seçkilərin keçirilməsi gözlənilir.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron hazırkı etiraz vəziyyətinin fövqəladə vəziyyət elan edilməsini tələb etmədiyini bildirib. Dövlət başçısının sözlərinə görə, vəziyyət kritik həddə çatacağı təqdirdə belə bir rejim tətbiq oluna bilər.

Hüseyn İbadlı

Premium Usta Elanları
Premium Elan ver

Ermənistan faktiki olaraq KTMT-dən çıxıb

0

“Ermənistan faktiki olaraq artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb”.
BEY.AZ xəbər verir ki, bu barədə təşkilatın baş katibi Taalatbek Masadıkov TASS-a bildirib.
O qeyd edib ki, KTMT sənədləri, o cümlədən Ermənistana da, ölkədaxili razılaşdırma üçün göndərir. Masadıkovun sözlərinə görə, təşkilat hər bir məsələ ilə bağlı İrəvandan cavab alır. Ermənistan tərəfi həmin məsələnin müzakirəsində və qərarların qəbulunda iştirak etmədiyini, lakin qərarların məhdud formatda qəbul edilməsinə etiraz etmədiyini bildirir.
Baş katib əlavə edib ki, beləliklə, Ermənistan KTMT-nin fəaliyyətinə mane olmur.
“Buna görə də düşünürəm ki, burada məhz KTMT Nizamnaməsinin 25-ci maddəsi tətbiq olunur. Əslində, onlar faktiki olaraq artıq özləri təşkilatdan çıxıblar”, – Masadıkov bildirib.

Bundan əvvəl o, Rusiyada keçiriləcək qarşıdakı sammit zamanı Ermənistanın KTMT-də üzvlüyü məsələsinin müzakirə oluna biləcəyini bildirmişdi.

Təşkilatın növbəti sammiti noyabrın 11-nə planlaşdırılıb və Moskvada keçiriləcək.
Sentyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından xaric edilməsinə etiraz etməyəcəyini bəyan edib. Bununla əlaqədar o, İrəvanı belə bir addımla hədələməməyə çağırıb.
Hüseyn İbadlı

Premium Usta Elanları
Premium Elan ver

Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq

0

Pentaqonun rəhbəri Pit Heqset tabeliyində olan şəxsləri xidməti vəzifələrinin icrası zamanı əldə etdikləri məlumatlardan siyasi hadisələrə dair mərc saytlarında mərc etmək üçün istifadə etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələyib.
BEY.AZ xəbər verir ki, bu barədə qurum rəhbərinin memorandumunda məlumat verilib.
Bildirilib ki, o, buna səbəb kimi həmin platformaların “düşmənlər” tərəfindən izlənilməsini göstərib.
Sənəddə Heqset vurğulayıb ki, Pentaqonun bütün əməkdaşlarına məxfi və ya məxfi olmayan, ictimaiyyətə açıqlanmamış məlumatlardan birbaşa və ya üçüncü tərəf vasitəsilə istifadə etməklə maliyyə əməliyyatları aparmaq qadağandır.
Memorandum ABŞ-da populyar olan, müxtəlif hadisələrə dair mərc edilən “Polymarket” və “Kalshi” platformalarına da şamil olunur. Sənəddə bildirilir ki, təhlükəsizlik məsələləri ilə yanaşı, maliyyə qazancı əldə etmək imkanı da düzgün mühakimə yürütməyə mane olur.

Aprel ayında ABŞ xüsusi təyinatlı qüvvələrinin Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etmiş serjantın insayder ticarətində ittiham olunaraq həbs edildiyi bildirilmişdi. İstintaqın versiyasına görə, o, anonim şəkildə Venesuela prezidentinin devriləcəyinə dair bir neçə mərc edib və bu mərclərdən 400 min dollar qazanıb. Hərbçi əməliyyatın hazırlanmasında iştirak edib və ehtimal ki, qazanc əldə etmək üçün öz məlumatlarından istifadə edib. O, sonuncu mərcini Maduronun qaçırılmasından dərhal sonra — “dənizdə, gəminin göyərtəsində, sübh çağı, ABŞ hərbi forması geyinmiş halda, əlində tüfənglə” edib.
Hüseyn İbadlı

Premium Usta Elanları
Premium Elan ver

Firuzə İbadovanın xəstəliyi açıqlandı

0

Müğənni Bahar Lətifqızı səhhətində problem yaranan həmkarı Firuzə İbadovanı ziyarət edib.
BEY.AZ Oxu24.com-a istinadla xəbər verir ki,bu barədə müğənni özünün sosial şəbəkə hesablarıda paylaşım edib.
Müğənni həmkarına tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki,bundan öncə müğənnilər İzzət Bağırov və Mətanət İsgəndərli də Firuzə İbadovanı ziyarət etmişdi.

Müğənninin bədənində bir neçə şiş aşkarlanıb. Həmin şişlər əməliyyat yolu ilə götürülüb.

Onun yaxın zamanda yenidən əməliyyat olunacağı gözlənilir.

Premium Usta Elanları
Premium Elan ver

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

0

Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
BEY.AZ xəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisinə gedən yolda qeydə alınıb.
İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.

Premium Usta Elanları
Premium Elan ver

Nadir Qafarzadədən yaşlı sənətçilərə: “Sənət var, baş gedib”

0

“Sənətkarın başı yerində olmalıdır. Bu sözü bir dəfə dedim, məni səhv başa düşdülər. Demədim ki, yaşlı insanlar sənətdən getsin”.
BEY.AZ xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “İncə səhər” proqramında deyib. Sənətçi bəzi yaşlı sənət adamlarının səhnədən uzaqlaşmasından danışıb:
“Dedim ki, başı yerində olsun. Sənət var, baş gedib. Danışığı, davranışı, geyimi o deyil. Yaşına görə geyinmir, danışmır. Bu da başla əlaqədardır. Baş gedirsə, çəkilməlisən”. (Axşam.az)

Premium Usta Elanları
Premium Elan ver

İran əlindən gələni edir ki…

0

İran ABŞ-də aralıq seçkilərdən əvvəl neftin qiymətini artırmaq üçün əlindən gələni edir.
BEY.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
Trampın sözlərinə görə, Tehran administrasiyası neft qiymətlərinin yüksəlməsinə nail olmaq məqsədilə hücumlar və dəniz minaları ilə bağlı saxta məlumatlar yayır.

“Çünki hazırda Hörmüz boğazından münaqişə başlamazdan əvvəlkindən daha çox neft daşınır”, – deyə ABŞ Prezidenti bildirib.

Premium Usta Elanları
Premium Elan ver

Vinisius tənqidlərə beş sözlə cavab verdi

0

“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior “Leypsiq”lə oyundan sonra ünvanına səslənən tənqidlərə sosial şəbəkədə qısa mesajla münasibət bildirib.
BEY.AZ xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Madrid təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda “Leypsiq”i 4:1 hesabı ilə məğlub edib. Qarşılaşmaya start heyətində başlayan Vinisius 70-ci dəqiqədə Yan Diomande ilə əvəzlənib. Diomande isə meydana daxil olduqdan sonra bir qol vurub və bir məhsuldar ötürmə verib.
Braziliyalı futbolçu oyundan sonra rəsmi “Instagram” hesabında “Anı yaşayıram, hər şey axıb gedir” sözlərini yazıb. İspaniyanın “Marca” nəşri bu paylaşımı Vinisiusun vəziyyətlə barışması ilə özünə inamını qorumaq arasında tərəddüdünün ifadəsi kimi qiymətləndirib.
Vinisius mövsümün əvvəlindən bəri qeyri-sabit çıxışına görə azarkeşlərin tənqidlərinə məruz qalır. Onun start heyətindəki yeri ilə bağlı müzakirələr də davam edir.

Bununla belə, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo braziliyalı futbolçunu müdafiə edib. O, Vinisiusun “Leypsiq”ə qarşı yaxşı oyun keçirdiyini, taktiki baxımdan komandaya fayda verdiyini bildirib. Mourinyo futbolçunun sol cinahda hücumları qurmasını və rəqib müdafiəsində boşluqlar yaratmasını da müsbət qiymətləndirib.

Premium Usta Elanları
Premium Elan ver