fbpx

İTSDA-nın sədri Şirvanda vətəndaşları qəbul edib

BEY.AZ informasiya agentliyi xəbər verir


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev martın 14-də Şirvan Müalicə Diaqnostika Mərkəzində Şirvan şəhər və Hacıqabul rayon sakinlərini qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müharibə veteranı adının verilməsi, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi ilə bağlı olub. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bir çox məsələlərlə bağlı edilən müraciətlər yerində həll olunub.


Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə və Şirvan Şəhər və Hacıqabul Rayon Mərkəzi xəstəxanalarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbulda vətəndaşlar tərəfindən verilmiş təkliflərin Agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətində nəzərə alınacağı diqqətə çatdırılıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin