“Böyük Britaniyanın İslahatları” partiyasının lideri Naycel Faraj əfqan və fələstinli miqrantların deportasiyası planını açıqlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.
Nəşrin məlumatına görə, partiya seçkilərdə qalib gələcəyi təqdirdə Şabana Mahmudun təklif etdiyi qaçqınların köçürülməsi proqramı çərçivəsində ölkəyə gələn hər kəsi deportasiya edəcək. Faraj proqramın fəaliyyətini dərhal dayandıracağını bildirib.
Onun planları, həmçinin öz ölkəsində təhlükə altında hesab edilməyən şəxslərin yaşamaq hüququndan məhrum edilməsini nəzərdə tutur. Bu tədbirlər müxtəlif ölkələrin vətəndaşlarına şamil olunacaq.
Faraj əfqanların köçürülməsi proqramlarına yenidən baxılacağını və bununla bağlı xərclər barədə məlumatların dərc ediləcəyini də vəd edib. İslahatlar partiyası Pakistan, Əfqanıstan, Suriya, Eritreya, Sudan və Somali ilə bağlı planlarını genişləndirib. Partiya bu ölkələr qanunsuz miqrantları və cinayətkarları geri qəbul etməkdən imtina edəcəkləri təqdirdə onlara gömrük rüsumları tətbiq etməklə hədələyir.
Hüseyn İbadlı